“Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 11 fevral 2024-cü il saat 13.00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Səhmdar cəmiyyətin 2023-cü il üçün fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin hesablanması.
3. Təşkilati məsələlər.
Ümumi yığıncaq səhmdar cəmiyyətin yerləşdiyi ünvanda- Bakı şəhəri, Böyükşor şossesi 2062-ci məhəllədə keçiriləcəkdir.
Səhmdarlar onları maraqlandıran məsələlərlə bağlı rəhbərliyə müraciət edə bilərlər.
Səhmdarlardan şəxsiyyət vəsiqəsinin və onların bank hesablarının rekvizitlərinin təqdim edilməsi xahiş olunur.