22 yanvar 2024-cü il, saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın Ofisində (3-cü mərtəbə, iclas zalı) Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. 2024-2026-cı illər üzrə “Kapital Bank” ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat.
Məruzəçi: Əli İbrahimov
II. Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi haqqında.
Məruzəçi: Zaur Məmmədli
III. Digər məsələlər.
Məruzəçi: Yaşar Məmmədov