"Bazarstore" supermarketlər şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
FED.az xəbər verir ki, şəbəkənin növbəti mağazası Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində istifadəyə veriləcəkdir. Beləliklə, Nəsimi rayonunda ikinci "Bazarsore" açılacaq.
Eləcə də bax: Bazarstore» marketlərinin sayı 51 oldu – «SAKİNLƏR ÖZLƏRİ XAHİŞ EDİRLƏR»
Hazırda "Bazarsore Nəsimi 2" mağazası üçün vakansiyalar (satıcı, kassir, paketçi, qəssab, aşpaz, nəzarətçi) mövcuddur.
Qeyd edək ki, 1 Noyabrda “Bazarstore” marketlər şəbəkəsi Xalqlar Dostluğunda (Qara Qarayev prospekti 124) yeni mağazası istifadəyə verilib.
"Azərsun Holdinq"ə daxil olan "Bazarstore" şəbəkəsinin ilk mağazası 2011-ci ildə fəaliyyətə başlayıb. Hazırda "Bazarstore"ların sayı 40-dan çoxdur.
Marja