“Bloomberg Milyarderlər İndeksi”ndə (Billionaires Index) yer alan məlumata görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən bəri 11,572 milyard dollar artıb.
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarım milyard dollardan çox azalıb
FED.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi siyahıya əsasən, ilin əvvəlindən bəri Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest” şirkətinin səhmdarı Əlişir Usmanovun sərvəti 3,91 milyard dollar artaraq 17,1 milyard dollara çatıb. Rusiyalı senator Süleyman Kərimov isə sərvətini 2,93 milyard dollar artıraraq 9,34 milyard dollara yüksəldib.
Ən böyük itkiyə isə NLMK poladəritmə şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lisin uğrayıb – onun sərvəti 2,38 milyard dollar azalaraq 23,4 milyard dollara enib.
Xatırladaq ki, “Bloomberg” agentliyi 2012-ci ilin martından bəri planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Milyarderlər İndeksi”ni dərc edir. (Azərtac)