Pandemiyadan sonra canlanan qlobal Birləşmə və Satınalma (Merger and Acquisition, M&A) bazarı yeni rekorduna yaxınlaşır.
Eləcə də bax: Aİ Azərbaycanda 20 min kiçik və orta müəssisəyə maliyyə dəstəyi göstərəcək
FED.az xəbər verir ki, təkcə “sakit ay” sayılan avqustda 500 milyard dollardan çox sövdələşmə baş tutub. Ötən ilin müvafiq ayında bu rəqəm 289 milyard dollar, 2019-cu ildə isə 275 milyard dollar idi.
Texnologiya sektoru 21% payla liderlik edir - 8742 sövdələşmə, 832 milyard dollar (2019-cu ildə 291 milyard dollar, ötən il 301 milyard dollar). Digər iri sahələr maliyyə xidmətləri (12,1%), sənaye (12%), enerji və səhiyyədir (hər ikisi 9,6%).
Hazırkı temp davam edərsə, Birləşmə və Satınalma bazarının bu ilki həcmi 2007-ci ildə qeydə alınmış tarixi rekordu - 4,3 milyard dolları üstələyəcək. (Marja)