Avropa İttifaqı (Aİ) Azərbaycanda 20 min kiçik və orta müəssisəyə yerli valyutada maliyyə dəstəyi göstərməyə hazırdır.
Avropa İttifaqı Azərbaycanda kənd evləri turizminə - Dəstək Göstərəcək
FED.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Bojkov deyib.
Onun sözlərinə görə, bu dəstək kənd təsərrüfatı və istehsal kimi sahələr üçün nəzərdə tutulmur:
"Biz kiçik və orta müəssisələrə bilik və vərdişlərlər, məsləhət və borc yolu ilə dəstək göstərəcəyik və onlara güzəştli şərtlərlə, o cümlədən qrantlar şəklində vəsait ayırmağa hazırıq".(trend)