“Bio Gübrə” MMC (VÖEN: 1703361461) fəaliyyətinə xitam verildiyini elan edir.
FED.az xəbər verir ki, şirkət “Azerbaijan Organic Company” MMC-yə (VÖEN: 1702437811) qoşulub.
Qoşulma nəticəsində “Azerbaijan Organic Company” MMC yenidən təşkil olunmuş hesab edilir.
Xatırladaq ki, “Azerbaijan Organic Company” 7 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 576 197 AZN təşkil edir və qanuni təmsilçisi Kənan Məmmədli Xanoğlan oğludur.
“Bio Gübrə” MMC 29 iyun 2022-ci ildə dövlət qeydiyyatna alınıb. 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Nursultan Pənahlı Alı oğludur.











