Dünyanın ən varlı adamlarından biri Bill Qeyts dünyanın ikinci ən böyük pivə şirkəti “Heineken Holding”in minoritar səhmlərini alıb. Məlumata görə, razılaşma fevralın 17-də baş tutub. “Bloomberg” agentliyinin hesablamalarına əsasən, razılaşmanın məbləği 848.2 milyon avro (902 milyon dollar) təşkil edir.
Bill Qeyts Bakıda da oteli olan şəbəkənin nəzarət paketini - 2,2 Milyard Dollara Aldı
FED.az Banker.az-a istinadın xəbər verir ki, bu barədə “Forbes” yazır.
Bill Qeyts son illərdə ətraf mühit, xəstəlik və peyvənd tədqiqatlarına böyük sərmayə qoyur. 2022-ci ilin oktyabrında Bill və və Əfqanıstanda poliomielitlə mübarizə üçün 1.2 milyard dollar ianə etməyi vəd edib. 2022-ci ilin mart ayında milyarder havadan təmiz su istehsal edən startapa sərmayə qoyub. Həmin ilin iyul ayında o, var-dövlətinin demək olar ki, hamısını xeyriyyəçiliyə sərf edəcəyini açıqlayıb.
Milyarder real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə görə hazırda dünyanın ən zəngin milyarderləri siyahısında altıncı yerdədir. Qeytsin sərvəti təxminən 106 milyard dollardır.