Amerikalı milyarder Bill Qeytsə məxsus "Cascade Investment", "Four Seasons" otellər şəbəkəsinin nizamnamə kapitalındakı payını 47,5%-dən 71,25%-ə qədər artırıb.
FED.az xəbər verir ki, "The Wall Street Journal" çərşənbə günü sövdələşmənin məbləğinin 2,21 milyard dollar olduğunu yazıb.
Məlumata görə, investisiya fondu 23,75% səhmləri Səudiyyə Krallığı Holdinqdən ("Kingdom Holding") alıb. Nəşrin mənbəsinə görə, şirkətin hazırda borcu təxminən 850 milyon dollardır. Müqavilə sayəsində otellər şəbəkəsinin ümumi dəyəri indi 10 milyard dollar olaraq qiymətləndirilir. Müqavilənin bağlanması 2022 -ci ilin yanvarına planlaşdırılır.
"Four Seasons", 1960-cı ildə kanadalı Isador Sharp tərəfindən qurulub və hazırda səhmlərin 5%-nə sahibdir. Şirkət hazırda 47 ölkədə (o cümlədən Azərbaycanda) 120 otelə və 46 yaşayış mülkünə malikdir. (Marja)