İyunun 12-də “Biləsuvar Quşçuluq” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçirilir.
Azərbaycanda maliyyyə çətinlikləri ilə üzləşən şirkət – RƏHBƏRİNİ DƏYİŞİR
FED.az xəbər verir ki, iclasın gündəliyinə:
1. “Biləsuvar Quşçuluq” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək “Biləsuvar Quşçuluq” MMC-yə çevrilməsi yolu ilə yenidən təşkil edilməsi;
2. “Biləsuvar Quşçuluq” ASC-nin müvəqqəti inzibatçısının təyin edilməsi;
3. “Biləsuvar Quşçuluq” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və yenidən təşkil edilən “Biləsuvar Quşçuluq” MMC-nin nizamnamə kapitalının formalaşdırılması;
4. “Biləsuvar Quşçuluq” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək “Biləsuvar Quşçuluq” MMC-yə çevrilməsi yolu ilə yenidən təşkil edilməsi ilə bağlı olaraq Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi;
5. Müşahidə şurasının üzvlərinin Abbasov Ərəstun Vəlican oğlunun, Əliyev Adil Ərəstun oğlunun, Babazadə Məhəmməd Əli oğlunun vəzifələrindən azad edilməsi və Müşahidə şurasının ləğv edilməsi;
6. İdarə Heyətinin üzvləri Ağayev Nihad Nizami oğlunun, Cavadov Cavid Yusif oğlunun, Həsənov Zaur Akif oğlunun vəzifələrindən azad edilməsi və İdarə Heyətinin ləğv edilməsi;
7. “Biləsuvar Quşçuluq” MMC-nin qanuni təmsilçilik funksiyası ilə direktorunun təyin edilməsi;
8. “Biləsuvar Quşçuluq” MMC-nin hüquqi ünvanının müəyyən edilməsi;
9. Digər məsələlər daxildir.
İclas Cəmiyyətin Biləsuvar rayonu, Səmədabad kəndi ünvanında yerləşən ofisində (2-ci mərtəbə, iclas zalı) keçiriləcək.