“Azərrabitəinşaat” ATSC şirkəti maliyyə çətinlikləri ilə üzləşib.
FED.az əbər verir ki, şirkət bununla bağlı toplantı keçirir və rəhbərliyini dəyişməyə hazırlaşır.
14 iyun tarixində “Azərrabitəinşaat” ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Nəsimi rayonu, aka¬demik H.Əliyev küçəsi 10/61 nömrəli ünvanda keçiriləcək iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Təşkilati məsələ – cəmiyyətin idarə heyətinə yeni sədrin seçilməsi.
2. Maliyyə çətinliklərinin müzakirəsi.