Bəzi restoranlarda sifariş verməzdən öncə müştərilərdən depozit alınır. Sakinlər deyirlər ki, bəzən bu depozit fantastik rəqəmlərlə tələb olunur.
Bakıda restoranlardan ən çox pul qazanan rayonlar - MƏLUM OLDU - SİYAHI
FED.az xəbər verir ki, paytaxt restoranlarından birinin inzibatçısı Çingiz Novruzlu deyib ki, depozitin məbləği menyu qiymətlərinə uyğun olaraq hesablanır.
Hər restoranın özünə xas xərcləri də var ki, müəyyən hallara görə sahibkarlar depozit tətbiq etməyə məcbur qalırlar.
Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə isə, depozit sadəcə xüsusi günlərdə alınmalıdır.
Ekspertin sözlərinə görə, digər günlərdə müştəridən xidmət görmədiyi halda öncədən ödəniş almaq düzgün deyil. Əslində isə depozit iki cür olur: qaytarılan və qaytarılmayan.
Rəhman Quliyev həmçinin qeyd edib ki, əksər restoranların depozit sistemi ilə çalışması turistlər tərəfindən də xoş qarşılanmır. (Xezerxeber.az)