Tatarıstanda keçirilən 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq İslam Biznesi Assosiasiyasının rəhbəri Marat Kabaev ilə görüşüb.
Azərbaycanda KOB İnvestisiya Fondu yaradılır – İSLAM BANKI DA PAYÇI OLA BİLƏR
KOBİA-dan FED.az-a bildirilib ki, agentlik və Beynəlxalq İslam Biznesi Assosiasiyası arasında keçirilmiş görüşdə KOB sahəsində birgə əməkdaşlıq başlıca müzakirə mövzusu olub. Görüşdə KOB sahəsində birgə əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.