“GLS Azerbaijan Operations Company Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1800474141) ləğv edilir.
Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ləğv olunması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, ev 26 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “GLS Azerbaijan Operations Company Limited” şirkətinin Azərbaycandakı filialı 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Sangara Narayana Lechchuman Rediardır.
Məlumat üçün bildirək ki, “GLS Azerbaijan Operations Company Limited” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məşhur “DAMAC Group” holdinqinə məxsus olan bir beynəlxalq şirkətdir.














