Bakıda 26 yanvar 2019-cu il tarixində Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.
FED.az spikerlərin təqdim edilməsinə başlayıb.
FED.az xəbər verir ki, “Baku PR Forum 2019” un növbəti spikeri Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assossiasiyasının (İPRA) prezidenti Svetlana Stavreva olacaq.
Eləcə də bax: “Baku PR Forum 2019”un spikeri - Ceyda Aydede - PROQRAM
Svetlana Stavreva hazırda “IBM Growth Markets”-in xarici əlaqələr qrupu çərçivəsində 140-dan çox ölkədə İT-yə intellektual hesablama yanaşmasının təbliği üzrə çalışır, eyni zamanda IBM şirkətində gündəlik intellektual kommunikasiyaların tətbiqinə cavabdehdir.
Milli və Dünya İqtisadiyyatı Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alan Svetlana Stavreva təhsilini Sofiya Universitetində PR və Reklam ixtisası üzrə davam etdirib. Daha sonra isə, Mançester Marketinq Çarter İnstitutunda Marketinq sahəsi üzrə magistratura təhsili alıb.
Proqrama buradan baxa bilərsiniz.
“Baku PR Forum 2019”un spikeri - Svetlana Stavrevadır - PROQRAM
13:10
14 Yan 2019