2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir..
Məlumata əsasən, bu ilin I yarısında ən yüksək dövriyyə Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 237 milyon 70 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% çoxdur.
İkinci yerdə Nərimanov rayonu gəlir ki, bu rayonda ictimai iaşə dövriyyəsinin dəyəri 92 milyon 100 min manata bərabər olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% çoxdur.
Üçüncü yerdə isə Nəsimi rayonu qərarlaşır. Bu ilin 6 ayı ərzində Nəsimi rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 85 milyon 623 min manat olub. Bu da 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 65.1% artım deməkdir.
Ümumilikdə, hesabat dövründə paytaxtın üç rayonunda ictimai iaşə dövriyyəsi azalıb, doqquz rayonunda isə artıb.
Ən aşağı dövriyyə isə 3 milyon 439 min manat olmaqla Pirallahı rayonunda qeydə alınıb. Bununla belə rayonda ictimai niaşə dövriyyəsi illik müqayisədə 11,5% artıb.
Kafe və restoranların dövriyyəsinin ən yüksək artım faizi Nəsimi ( 65.1%) və Suraxanı (30.1%) rayonlarında, ən yüksək azalma faizi isə Sabuncu ( 22%) və Xəzər ( 9.1%) rayonlarında qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.
|
İaşə dövriyyəsinin dəyəri, min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,artım |
Bakı şəhəri - cəmi |
708 061,4 |
+7,8% |
o cümlədən rayonlar: |
||
Binəqədi |
37 464,4 |
+1,9% |
Xətai |
57 505,6 |
+2,2% |
Xəzər |
29 596,6 |
-9,1% |
Qaradağ |
19 735,9 |
+7,0% |
Nərimanov |
92 100,4 |
+1,8% |
Nəsimi |
85 623,7 |
+65,1% |
Nizami |
40 384,2 |
+5,2% |
Pirallahı |
3 437,8 |
+11,5% |
Sabunçu |
17 761,9 |
-22% |
Səbail |
237 070,1 |
+7,2% |
Suraxanı |
15 526,5 |
+30,5% |
Yasamal |
71 854,3 |
-2% |