2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 5 milyard 621,2 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3057,9 milyon manata, qeyri-ərzaq malları isə 8,0 faiz artaraq 2563,3 milyon manat olub.
İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.