Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək.
Eləcə də bax: Daş və qum-çınqıl karxanalarına nəzarət bir qədər də artacaq – VERGİ XİDMƏTİNİN RƏİSİ
Bu barədə FED.az-a qurumdan bildirilib. Məlumata görə, görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq.
Bildirilib ki, bu kimi görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək, onların qarşılaşdıqları problemlər ilə tanış olmaq və hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə agentliyin mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında istismarçıların diqqətinə çatdırılcaqdır. Hər bir sahibkar görüşdə iştirak edə bilər.
Görüş 27 oktyabr tarixində Bakıda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi (www.meda.gov.az) və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.