Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb.
Eləcə də bax: Bakıda “İnvestorlar üçün ilkin layihə hazırlanması” mövzusunda treyninq - KEÇİRİLİB
FED.az xəbər verir ki, İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.
Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan forum iştirakçılarına müraciət ünvanlayıb.