7 dekabr 2023-cü il, saat 10.00-da “Bakı Tikinti Konstruksiyaları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin ləğv edilməsi barədə.
2. Ləğvetmə komissiyasının yaradılması barədə.
3. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi barədə.
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin I-V günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu- 050-247-50-12.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül zonası, 507-ci küçə, 2096-cı məhəllə.