Azərbaycanın ən böyük tədbir məkanlarından olan «Bakı Kristal Zalı» 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ilin yekunlarına görə müəssisənin cəmi aktivləri demək olar ki, dəyişməyib – cəmi 140 min manat artaraq 191 milyon 673 min manatdan 191 milyon 811 min manata qalxıb.
Müəssisənin cəmi 244 min manat öhdəliyi var. Əvəzində «Bakı Kristal Zalı» ölkədə ən böyük nizamnamə kapitalına malik müəssisələrdən biridir – 191 milyon 567 min manat.
2021-ci ildə müəssisənin gəlirləri 3 milyon 35 min manat, xərcləri 2 milyon 999 min manat olub. Gəlirlər 2020-ci illə müqayisədə təqribən 50 min manat, xərclər isə 14 min manat artıb.
Nətiicədə «Bakı Kristal Zalı» ili 36 min manat əməliyyat mənfəəti ilə başa vurub, 7,2 min manat vergi ödənişindən sonra isə müəssisənin xalisə mənfəəti 28,8 min manat olub.