23 avqust 2023-cü il saat 12.00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə daxildir:
1. Cəmiyyətin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı.
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi.
3. Cəmiyyətin direktorlar (müşahidə) şurasının üzvlərinin və sədrinin seçilməsi.
4. Cəmiyyətin icra orqanının seçilməsi.
5. Cəmiyyətin təftiş komissiyasının yaradılması.
Əlaqə telefonu- 070-262-00-82.
Ünvan- Bakı, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Suraxanı yolu 2-ci km 10.