Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

Bahalaşma və şadlıq sarayları: “İndi toya salınan əlli manat əvvəlki deyil” - SORĞU

Bahalaşma və şadlıq sarayları: “İndi toya salınan əlli manat əvvəlki deyil” - SORĞU | FED.az
13:33 1 Aprel 2023

Şadlıq sarayları və restoranlarda menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Görünən odur ki, ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin baha olmasını bəziləri Ramazan ayına görə sifariş sayının azlığı ilə əlaqələndirirlər.

Şadlıq saraylarında sifarişlər azalıb - Menyular isə bahalaşıb

Maraqlıdır, restoranlarda menyu qiymətlərinin artmasının səbəbi nədir?

FED.az xəbər verir ki, şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir:

“Ramazan ayı olmağına baxmayaraq, müraciət edənlər var. Tələbat o qədər də az deyil. Minimum menyu qiyməti bizdə 55 manatdan başlayır. Bu, sırf toy menyusunun qiymətidir. Ad günündə tamam fərqli olur. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat da o qədər az deyil ki, artım və ya azalma olsun”.

Digər bir şadlıq sarayından verilən məlumata görə, tələbatın azlığı yanvar ayından müşahidə olunur:

“Tələbat çox aşağıdır. Yanvar ayından bu vəziyyətdəyik. Ramazana görə sifarişlər bir qədər də azalıb. Bu ayda toy etməyin qadağası yoxdur. Lakin insanların şüurunda elə qalıb ki, orucluqdur, toy etmək olmaz. Menyular bizdə köhnə qiymətlərdir. Artım olsa, əlimizdəki bir-iki toy sahibi də qaçacaq. 2023-cü il daxil olandan bu vəziyyətdəyik”.

Başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:

“Tələbat çox aşağıdır. Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq”.

O, toylara maksimum 100-150 nəfər çağırıldığını deyib:

“Bizdə qiymətlər 45 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil. Bununla yanaşı, indi camaat 100-150 nəfərlə toy edir. Bu da koronavirus pandemiyasına görə sərt karantin rejimindən qalma vərdişdir. İndi 200-300 nəfərlik toy edən yoxdur”.

Restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:

“Tələbat xeyli azalıb. Bunu da Ramazan ayı ilə əlaqələndiririk. Bu ayda toy etmək olar. Sadəcə, spirtli içki olmaz. Amma orucluq ayında müraciət edən olmur. Tək-tük hallarda olur. Bu şadlıq sarayı açılandan minimum qiymət 50 manat üzərindəyik. İllər boyu da bu şəkildə işləmişik. Bahalaşmaya görə qiymətlər qalxdı. Biz eyni qiymətdə qaldıq. İnsanların cibini də fikirləşirik. Ümid edək ki, müraciət edən olar”.

Digər bir şadlıq sarayından isə menyunun 40 manatdan başladığı qeyd olunub:

“Müraciətlər həddən artıq zəifləyib. Bizdə menyu qiyməti 40 manatdan başlayır. Menyuya hər şey daxildir. Qiymətləri qaldırmırıq. Çünki müştərilərin cibini nəzərə alırıq”.

Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu söyləyib:

“Ramazan ayına görə tələbat düşüb. Müraciət edən ümumiyyətlə yoxdur. Bu aylarda həmişə belə olur. Menyu 45 manatdan başlayır. Ümumi durğunluq var. Qiymətlə bağlı deyil”.

Şadlıq sarayı səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:

“Sifariş çox zəifdir. Əsasən, həftəsonlarında müraciət edirlər. Həftəiçi daha azdır. Menyu qiymətləri münasibdir. 45-50 manatdan başlayır”.

Digər bir restorandan verilən məlumata görə, menyu 70 manatdan başlayır:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 40-45 manat üzərindədir. Əvvəlki illərdəki 30-35 manat olan menyuya, demək olar, rast gəlinmir. (Oxu.az)

Banner
Banner
  • Bahalaşma
  • menyu
  • şadlıq sarayları
  • toy
  • Ramazan
Paylaş

Digər xəbərlər

“United Payment” MMC  yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
Biznes 8 İyun 2023
“United Payment” MMC yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
Orxan Məmmədov: "4 ildə KOB subyektlərinin sayı 45 faiz artıb"
Biznes 8 İyun 2023
Orxan Məmmədov: "4 ildə KOB subyektlərinin sayı 45 faiz artıb"
KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq"
Biznes 8 İyun 2023
KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq"
Sahib Məmmədov: "Sahibkarlara dəstək üçün yeni alətlər tətbiq ediləcək"
Biznes 8 İyun 2023
Sahib Məmmədov: "Sahibkarlara dəstək üçün yeni alətlər tətbiq ediləcək"
“Avrora” “Best Managed Companies” müsabiqəsinin - QALİBİ SEÇİLİB
Biznes 8 İyun 2023
“Avrora” “Best Managed Companies” müsabiqəsinin - QALİBİ SEÇİLİB
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur - KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK
Biznes 8 İyun 2023
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur - KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK
Daha bir təsərrüfat güzəştli kredit aldı - 200 MİN MANAT - MİKAYIL CABBAROV AÇIQLADI
Biznes 7 İyun 2023
Daha bir təsərrüfat güzəştli kredit aldı - 200 MİN MANAT - MİKAYIL CABBAROV AÇIQLADI
Seulda Azərbaycan-Koreya Biznes Forumu keçirilib
Biznes 7 İyun 2023
Seulda Azərbaycan-Koreya Biznes Forumu keçirilib
Balakəndə KOB dostu - FƏALİYYƏTƏ BAŞLAYIB
Biznes 7 İyun 2023
Balakəndə KOB dostu - FƏALİYYƏTƏ BAŞLAYIB
Türkiyənin karqo şirkəti Azərbaycana sərmayə qoyaraq - Orta Asiya Bazarına Çıxır
Biznes 7 İyun 2023
Türkiyənin karqo şirkəti Azərbaycana sərmayə qoyaraq - Orta Asiya Bazarına Çıxır
Bakıda yerli şirkətlərin böyük sərgisi başlayır – «MOBİL GROUP»un RƏHBƏRİ SAHİBKARLARI DƏVƏT EDİR – VİDEO
Biznes 7 İyun 2023
Bakıda yerli şirkətlərin böyük sərgisi başlayır – «MOBİL GROUP»un RƏHBƏRİ SAHİBKARLARI DƏVƏT EDİR – VİDEO
Azərbaycanda 10 min manat nizamnamə kapitalı olan bir neçə şirkət yaradılıb
Biznes 7 İyun 2023
Azərbaycanda 10 min manat nizamnamə kapitalı olan bir neçə şirkət yaradılıb
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Əli Əsədov və Mikayıl Cabbarov Soçidə Rusiya baş naziri Mixail Mişustinlə görüşüblər
    23:53 8 İyun 2023
  • Biznesinizin inkişafı üçün Yelo Bank-dan - İLLİK 5%-LƏ KREDİT
    23:44 8 İyun 2023
  • Mövqelərimiz yenidən atəşə tutuldu - MÜDAFİƏ NAZİRLİYİ
    23:21 8 İyun 2023
  • BOKT «Aset Maliyyə Texnologiyaları» maliyyə nəticələrini açıqladı - HESABAT
    22:48 8 İyun 2023
  • "SMTS" şirkəti işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    21:01 8 İyun 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:58 8 İyun 2023
  • "TuranBank" ASC işçi axtarır - VAKANSİYA
    20:56 8 İyun 2023
  • "SKY Investment Holding" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    20:47 8 İyun 2023
  • "AzəriMed" QSC işçilər axtarır - MAAŞ 400-500-600 MANAT - VAKANSİYALAR
    20:37 8 İyun 2023
  • "Veysəloğlu" Şirkətlər Qrupu işçi axtarır - VAKANSİYA
    20:34 8 İyun 2023
  • "Klassik Şəms" işçilər axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYALAR
    20:31 8 İyun 2023
  • "North West Construction" işçilər axtarır - VAKANSİYALAR
    20:27 8 İyun 2023
  • "Chat-A-Chat" şirkəti işçi axtarır - MAAŞ 650-1200 MANAT - VAKANSİYA
    20:24 8 İyun 2023
  • "Lion Technologies" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:17 8 İyun 2023
  • Nazir Rəşad Nəbiyev Naxçıvana - SƏFƏR EDİB
    18:13 8 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:00 8 İyun 2023
  • Nar dəyərli hədiyyələrlə dolu - Yay Müsabiqələrinə Başlayır
    17:51 8 İyun 2023
  • Bu il Azərbaycandan ən çox - TÜRKİYƏYƏ PUL KÖÇÜRÜLÜB
    17:47 8 İyun 2023
  • Artıq 119 tondan çox təhvil verilib - Tədarükü davam edir
    17:44 8 İyun 2023
  • Biləsuvarda arpa biçini başlayıb - MƏHSUL UCUZLAŞIB
    17:37 8 İyun 2023
  • "Mobil Group" “Yerli şirkətlərin tanıtım sərgisi” 2023-də! - VİDEO
    17:26 8 İyun 2023
  • Birinci rübdə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti - 14,6% AZALIB
    17:19 8 İyun 2023
  • Sosial Tədqiqatlar Mərkəzi - AUDİTOR SEÇDİ - QALİB,MƏBLƏĞ
    17:16 8 İyun 2023
  • Bol məhsul yetişib, fermerlər xarici bazara çıxış yolu axtarır - FOTO
    17:06 8 İyun 2023
  • “Dərəçiçək” MTK - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    17:05 8 İyun 2023
  • Birinci rübdə Azərbaycana pul köçürmələrinin həcmi 1,9 dəfə, Rusiyadan – 3,1 DƏFƏ ARTIB
    16:59 8 İyun 2023
  • “Paşa-K” Firması - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:51 8 İyun 2023
  • Tovuz rayonunda yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    16:45 8 İyun 2023
  • Azərbaycanda alternativ maliyyələşmə mənbələri yaradılacaq
    16:45 8 İyun 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar buraxılıb
    16:38 8 İyun 2023
  • Dövlət agentliyi 5 milyon ədəd SMS alır
    16:33 8 İyun 2023
  • Azərbaycanda lizinq şirkəti - ADINI DƏYİŞDİ
    16:32 8 İyun 2023
  • Goranboyda abadlıq işləri ilə bağlı - TENDER ELANI
    16:22 8 İyun 2023
  • TuranBank özünüməşğulluq proqramına dəstək olmağa - DAVAM EDİR
    16:20 8 İyun 2023
  • Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar - MÜƏYYƏN EDİLƏCƏK
    16:14 8 İyun 2023
  • Bu malların idxalı ƏDV-dən azad edilib - FƏRMAN
    16:10 8 İyun 2023
  • Baş Prokurorluq 7,6 milyon manatlıq tenderi "Crystal İnşaat"a verdi
    16:08 8 İyun 2023
  • Azərbaycan qarşılıqlı turizm xidmətləri dövriyyəsini - 34 %-dən ÇOX ARTIRIB
    16:03 8 İyun 2023
  • Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 23 milyon manat - KREDİT VERİB
    15:58 8 İyun 2023
  • Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı - KƏSKİN ARTIB
    15:54 8 İyun 2023
  • "Smarton" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:50 8 İyun 2023
  • Azərbaycanda tədiyə balansının qalığı - 2 DƏFƏDƏN ÇOX ARTIB
    15:48 8 İyun 2023
  • 2023-cü ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyə balansı - AÇIQLANDI
    15:35 8 İyun 2023
  • Azərbaycanda vergi ödəyicilərinin sayı - 7% ARTIB
    15:30 8 İyun 2023
  • SOCAR və “Citi” investisiya bankı əməkdaşlıq imkanlarını - MÜZAKİRƏ EDİB
    15:25 8 İyun 2023
  • Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə - ƏDV HANSI HALDA QAYTARILIR?
    15:17 8 İyun 2023
  • Rusiyada malın qiymətilə bağlı - YENİ TƏLƏB
    15:12 8 İyun 2023
  • “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb - FOTOLAR
    15:07 8 İyun 2023
  • Vüsal Qasımlıya müavin - TƏYİN EDİLDİ
    15:02 8 İyun 2023
  • Bu bələdiyyə sədrləri, icra nümayəndəsi və sahibkar cərimələnib - FOTOLAR
    14:56 8 İyun 2023
  • «Plato Capital» investisiya şirkətinin - ZƏRƏRİ AZALIB - HESABAT
    14:54 8 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR VƏFAT ETDİ
    14:51 8 İyun 2023
  • “United Payment” MMC yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
    14:50 8 İyun 2023
  • Dövlət qurumu təmizlik və digər mallar alır - TƏKLİFLƏR SORĞUSU
    14:45 8 İyun 2023
  • Türk Hava Yolları bir ayda 7,4 milyon sərnişin daşıyıb - REKORD
    14:44 8 İyun 2023
  • Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında - İŞTİRAK EDİB
    14:41 8 İyun 2023
  • Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan 3,6 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ
    14:39 8 İyun 2023
  • "Avtomobillərin utilizasiyası ilə bağlı qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğundur"
    14:35 8 İyun 2023
  • "SSMovie" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:27 8 İyun 2023
  • Kreditlə və ya nisyə mal satanlara - NƏZARƏT GÜCLƏNDİRİLİR... - VİDEO
    14:26 8 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!