Bakıda şadlıq saraylarında menyular bahalaşıb.
Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 2023-cü ilin ferval ayında şadlıq saraylarında sifarişlərin sayı 27.5 faiz azalıb.
Bununla yanaşı şadlıq saraylarında fevral ayında qiymətlər 5.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.5 faiz.
Qiyməti 40-80 faiz olan menyularda 5.7 faiz qiymət artımı müşahidə edilib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb. (Trend)