Azərbaycanın məşhur şirniyyat brendi olan «Azza Cake House» şirniyyat evi süd məhsullarının istehsalına başlayıb.
Eləcə də bax: Heyvandarlıq kompleksi - SÜD EMALI MÜƏSSİSƏSİ YARADACAQ
FED.az xəbər verir ki, süd məhsulları “Azza”nın paytaxta fəaliyyət göstərən bir neçə mağazasında satışa çıxarılıb.
Eləcə də bax: Azərbaycanda məşhur şirniyyat evi “Azza” təşkilati-hüquqi - FORMASINI DƏYİŞİR
Hazırda satışda süzmə qatıq, süd, qatıq, kəsmik, rikorso pendiri, mozzarella pendiri və az duzlu və duzlu İsmayıllı pendiri var.
330 milli qablaşdırmada olan süzmə qatıq 2 AZN, İsmayıllı pendirinin 360 qramı 4.90 AZN, 550 qram kəsmik 3.50 AZN, 550 qram rikorso pendiri 3.90 AZN, 200 qram mozzarella pendiri 3.90 AZN, 800 milli süd- 1.80 AZN, 720 milli qatıq - 1.80 AZN-ə satılır.
Məlumata görə, məhsullar “Azza”nın İsmayıllı rayonunun Keyvəndi kəndində olan fermasında istehsal olunur. Məhsulların qablaşdırmasının üzərində də “Ferma Azza” yazılır.