8 dekabr 2023-cü il saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrə-li ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “AzNar” QSC-nin icra orqanı barədə.
2. “AzNar” QSC-nin direktorlar şurası barədə.
3. “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların
nümayəndələri isə şəxsiyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu – +994202740517.
Ünvan – AZ2300. Göyçay şəhəri, Natəvan küçəsi 120.