Vergilər Nazirliyi “Intersun International Sun Group FZCO” şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.
FED.az Nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92A (məhəllə 2023), qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Hakan Şirindir.
Eləcə də bax:“Ən çox tut və zoğal araqlarımız satılır” - MÜSAHİBƏ
Qeyd edək ki, sözügedən şirkət “Azərsun Holdinq” MMC-nin təsisçisidir.
@Report.az