“Azərrabitəinşaat” ASC parçalanır, onun əmlaklarının bir hissəsi də ayrılmaqla, yeni şirkət təsis edilib.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
1999-cu il mayın 14-də 66 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qey¬diyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış (VÖEN 9900063291) “Azərrabitəinşaat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının 16 sentyabr 2022-ci il tarixli qərarı ilə “Azərrabitəinşaat” ASC-nin tərkibindən “Aylina” MMC ayrılma yolu ilə yenidən təşkil edilmişdir.
“Azərrabitəinşaat” ASC-nin tərkibindən “Aylina” MMC-nin ay¬rılması nəticəsində tərtib edilmiş təhvil aktı, bölünmə balansında göstərilən əmlakın hüquq və vəzifələrinin hüquqi varisidir.
“Aylina” MMC “Azərrabitəinşaat” ASC-nin tərkibindən ayrılma nəticəsində yaradılmış və təhvil aktı, bölünmə balansında göstərilən əmlakın hüquq və vəzifələrinin hüquqi varisidir.