Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.
Məlumat görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 0,8 milyon manat və ya 12,5 % azdır.
4 ayda peyk telekommunikasiya xidmətlərini 40 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb.
2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 min ABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə azalaraq 78 %-dən 65 %-ə düşüb.
Təkcə apreldə isə “Azərkosmos” 1,6 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 0,1 milyon manat və ya 5,9 % azdır. Ölkələrin sayı isə 4 ölkə azalaraq 42-dən 38-ə düşüb.