“Azərlotereya” ASC lotereya həvəskarları üçün bilet satışını daha rahat və əlçatan etmək məqsədi ilə satış şəbəkəsini genişləndirməyə davam edir.
Eləcə də bax: “Azərlotereya” son 5 gündə qazanılan 6 böyük “CEK-POT”u açıqladı - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu istiqamətdə şirkət “İntegral Ekspress” QSC ilə əməkdaşlığı genişləndirir. Əməkdaşlıq çərçivəsində “Azərlotereya” ASC-nin ani lotereyaları yeni satış nöqtələrində satışa çıxarılacaqdır.
Yeni satış nöqtələri paytaxtın “Araz” marketlər şəbəkəsinin Tbilisi prospekti-20 Yanvar, Abşeron, Bakıxanov, Hövsan, Qaraçuxur, Masazır, Sabunçu, Xırdalan, Binə, 8-ci mikrorayon, Savalan, Məhəmmədi kimi 12 superstorunda fəaliyyət göstərir.
Eləcə də paytaxt metropoliteninin “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarının girişlərində lotereya satış nöqtələri açılmışdır. Tezliklə daha bir satış nöqtəsinin “İnşaatçılar” metro stansiyasının girişində faəliyyətə başlayacağı planlaşdırılır.
Bu yaxınlarda 6/40” tirajlı lotereyasında 101.119 manat məbləğində qazanılan “Cekpot” bileti məhz “Elmlər Akademiyası” metro stansiyasındakı satış nöqtəsində əldə edilmişdi.
Qeyd edək ki, Azərlotereya” ASC-nin “40.000.000 Pul Yağışı”, “Brilliant”, “5X”, “Şans ulduzu”, “Uğurlu 7” və “Qızıl” ani lotereyalarını bütün satış mərkəzlərindən əldə etmək mümkün olsa da, şirkətin “Meqa 5/36”, “6/40”, “4+4” və “Super Keno” tirajlı lotereyalarının satışı yalnız metro stansiyalarında yerləşən məntəqələrində mümkündür.
Yaxın zamanlarda tirajlı lotereyaları da bütün satış nöqtələrindən əldə etmək mümkün olacaq. Yeni mərkəzlərlə yanaşı biletlərin satışı lotereya satış nöqtələrində davam edəcək.