İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalarda son 5 gündə 6 böyük Cek Pot udulub.
Eləcə də bax: “5X” ani lotereyasında 100 000 manat qazanıldı - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Belə ki, 2 “Qızıl” ani lotereyasında 25.000 manat, 2 “Şans ulduzu” lotereyasında 10.000 manatı, 5x lotereyasında 100.000 manat, “pul yağışı” lotereyasında 10.000 manat qazanılıb.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereyaları “Qızıl”, “Şans ulduzu” və “Brilliant” böyük uduşların məbləğlərinə görə fərqlənirlər.