11 dekabr 2023-cü il saat 11.00-da Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda “Azərkabel” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qeydiyyat masasına müraciət etməlidirlər.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərkabel” ASC-nin öhdəliklərinin icrası və xüsusi əhəmiyyətli müqavilənin bağlanılması.
2. “Azərkabel” ASC-də təşkilati məsələlər. Gündəlikdəki materiallarla cəmiyyətin binasında iclas günü tanış olmaq mümkündür.