19 dekabr 2023-cü il saat 12.00-da Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 560-cı məhəllədə 2090 nömrəli ünvanda “İXTİSASLAŞDIRILMIŞ TİKİNTİ-32” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin aktivlərinin satılmasına aid xüsusi əhəmiyyətli əqdlərin bağlanılması. 2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi. 3. Təşkilati məsələlər. Əlaqə telefonu: (050) 252-22-28