Azərbaycanlı xanım Nigar Əliyeva tərəfindən yaradılan şirkət ölkəmizdəki nümayəndəliyini bağlamaq qərarına gəlib.
Eləcə də bax: ABŞ-ın neft-qaz şirkəti - Azərbaycandan Çıxır
FED.az Banker.az-a istinadən xəbər verir ki, elanda bildirilir ki, “America Idream LLC” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv ediləcək. Bu şirkətin baş ofisi Nyu-Yorkun dünyaca məşhur “Wall Street”də fəaliyyət göstərir.
Şirkət, xaricdə – ABŞ, Kanada, Böyük Britaniya, Avropa və ümumiyyətlə bütün dünyada təhsillə məşğul olub, konsaltinq işlərini həyata keçirirlər. Azərbaycanda isə 2019-cu ilin mayında Azərbaycanda nümayəndəlik açmışdır.