Amerika Birləşmiş Ştatlarının neft-qaz sektorunda fəaliyyət göstərən “International Snubbing Services LLC” şirkəti də Azərbaycandakı fəaliyyətinə xitam verir.
Eləcə də bax: İki Britaniya şirkəti Azərbaycan bazarından çıxır
FED.az Banker.az-a istinadən xəbər verir ki, “International Snubbing Services LLC” şirkətinin Azərbaycandakı filialı elan edib ki, buradakı filialı ləğv ediləcək.
Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark III, 12-ci mərtəbə ünvanına bildirə biləcəyi bildirilib.
Şirkət 1982-ci ildə yaradılıb. Baş ofisi ABŞ-ın Luiziana ştatındadır.