Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Böyük Britaniya "Aznar"ın sahibinə sanksiya - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, mayın 27-də keçiriləcək iclasda “AzNar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları, ilin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi, nizamnaməsinin dəyişdirilməsi, direktorlar şurası, müəssisənin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər müzakirə ediləcək.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.
Qeyd edək ki, “AzNar” QSC əslən Göyçaydan olan və Rusiyada yaşayan azərbaycanlı milyardçı Fərhad Əhmədov və onun ailə üzvlərinə məxsusdur.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər. Əlaqə telefonu - (+9942027) 4-05-17. Ünvan - AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.