Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Rusiyanın ən zəngin varisi" hesab olunur.
Eləcə də bax: Putin azərbaycanlı biznesmendən işçilərinə - NƏ QƏDƏR MAAŞ VERDİYİNİ SORUŞDU
FED.az xəbər verir ki, dünyanın aparıcı maliyyə dərgilərinin reytinqində 25,3 milyard dollar sərvətə sahib olduğu bildirilən Vahid Ələkbərovun bütün mirasını yeganə oğluna ötürəcəyi vurğulanır.
2020-ci ilin yanvar ayı üçün Rusiyanın ən zəngin 3-cü şəxsi olan Vahid Ələkbərov çoxsaylı müsahibələrində özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma “Lukoyl” şirkətinin idaeədilməsi funksiyalarını itirəcəyini əlavə edib.
2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.
Yusif Ələkbərov 1990-cı il iyunun 20-də anadan olub. 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına Neft və Qaz Universitetini bitirib.
Modern