“Xezer Catering and Services” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Xezer Catering and Services”in vergi borcu 378 min 670,04 manatdır.
Şirkət 10 fevral 2022-ci ildə dövlət qeydiyyatına alınıb və həmin tarixdə reyestrdən çıxarış əldə edib. VÖEN-i 1307577261 olan cəmiyyətin qanuni təmsilçisi Məkanət Əsədova Ənvər qızı, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 38dir. Şirkət 10 manat nizamanamə kapitalına malikdir..













