“Sərvət İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var.
FED.az bu barədə Dövlət Vergi Xidmətinin bazasındakı 8 oktyabr 2025-ci il tarixinə olan məlumata istinadən xəbər verir.
Məlumata görə şirkətin hazırki vergi borcu 1 milyon 563 min 818,72 manat təşkil edir.
Xatırladaq ki, 25 aprel 2014-cü ildə dövlət qeydiyatına alınmış bu şirkətin 50 manat nizamnamə kapitalı var.
Qanuni təmsilçisi Servet Alpagu-dur. Hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal, ev.75, m.10 ünvandır.