Bu ilin yanvar-mart aylarında Azərbaycan 32,3 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
FED.az bu barədə xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % və yaxud 4,6 milyon ABŞ dolları çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 27,7 milyon ABŞ dolları dəyərində xurma ixrac etmişdi.