2025-ci ilin yanvar-mart ayları ərzində "Azərbaycan Hava Yolları" QSC 3,8 milyon dollar dəyərində xidmət ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azərbaycan Hava Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon dollar və ya 2,4 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində "Azərbaycan Hava Yolları" QSC1,6 milyon dollar dəyərində məhsul ixrac edib.