Azərbaycandan ən çox məhsul ixrac etməklə ölkəyə böyük məbləğdə valyuta gətirən şirkətlər məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin yanvar ayı üzrə “İxrac icmalı”nda əksini tapıb.
İcmala əsasən, ümumilikdə yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon dollara bərabər olub.
Bunun 109 milyon dolları kənd təsərrüfatına, yəni aqrar sektora aiddir. Belə ki, 2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 85,7 milyon dollar (32,6% artım), aqrar-sənaye məhsulları üzrə ixrac isə 21,9 milyon dollara bərabər olub.
Yanvar ayında ölkədən qeyri-neft ixracının 145 milyon manatı, yəni 54%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir.
Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib.
Azərbaycandan ən çox məhsul ixrac edən özəl və dövlət şirkətləri aşağıdakılardır.






![Azərbaycana ən çox valyuta gətirən - [red]ŞİRKƏTLƏR - SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/3492728.jpg)
![Azərbaycana ən çox valyuta gətirən - [red]ŞİRKƏTLƏR - SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/2671683.png)
![Azərbaycana ən çox valyuta gətirən - [red]ŞİRKƏTLƏR - SİYAHI, MƏBLƏĞLƏR[/red] | FED.az](upload/news/small/576940.png)








