2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 20 milyon 792 min ABŞ dolları dəyərində 71 min 955 ton buğda unu idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 milyon 882 min dollar və ya 2,1 dəfə, həcm baxımından isə 44 min 218 ton və ya 2,6 dəfə çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında xaricdən 9 milyon 911 min dollar dəyərində 27 min 737 ton buğda unu idxal edilib.
1 ton unun idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 289 dollar, 2022-ci ilin eyni dövründə 357 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 68 dollar (19,1%) ucuzlaşma baş verib.
Ümumilikdə isə 1 kq buğda ununun idxalı 2023-cü ilin yanvar-dekabr aylarında 0,49 manat və 2022-ci ilin yanvar-dekabr aylarında 0,61 manata (0,12 manat ucuzlaşma) başa gəlib.