24 fevral 2020-ci il tarixində "Lənkəran - Süd" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycanda suallar yaradan - ŞİRKƏT BİRLƏŞMƏSİ
FED.az-ın məlumatına görə iclasın gündəliyindəki məsələlərə 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, Nizamnaməyə dəyişiklik layihəsinin təsdiq edilməsi, Səlahiyyətli şəxsin təyin edilməsi məsələləri daxildir.
Yığıncaq Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən şirkətin inzibati binasında keçiriləcək.