“ASG Servis” MMC şirkəti "Silk Vey Business Aviation" MMC-yə birləşib.
Eləcə də bax: “PASHA Holding”ə məxsus daha bir şirkətin nizamnamə kapitalı - KƏSKİN ARTIRILIB
FED.az xəbər verir ki, “ASG Servis” MMC ləğv olunur. Bu şirkət ötən il dekabrın 24-də 105 milyon 610 min 840 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdı. Cəmi 15 gün əvvəl yaradılmış şirkətin ləğv edilərək başqa bir şirkətə birləşməsi suallar doğurur.
"“ASG Servis” MMC "Silk Vey Business Aviation" MMC-yə qoşularaq ləğv olunduğunu bildirir. “ASG Servis” MMC-nin kreditorları öz tələbləri ilə 2 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminal Binası ünvanına bildirə bilərlər",- Şirkətin elanında deyilir.
"Silk Vey Business Aviation" MMC yenidən təşkil olunub. "Silk Vey Business Aviation" MMC 46 milyon 540 min 200 manat nizamnamə kapitalına malikdir.
"Silk Way Business Aviation" 2007-ci ildən bəri dünyanın demək olar ki, istənilən nöqtəsinə çarter reysləri yerinə yetirir.
"Report"