Azərbaycanın son illər sürətlə inkişaf edən ictimai iaşə sektorunda mühüm yenilik baş verib.
FED.az xəbər verir ki, iaşə sektorunun tanınmış təmsilçilərindən olan «Emsa Food» MMC şirkəti ölkədə ilk dəfə olaraq beynəlxalq ISO sertifikatlarına layiq görülüb.
İNCERT MMC beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən EMSA FOOD MMC- də ISO 9001-2015 Keyfiyyəti İdarəetmə Sistemleri və ISO 22000-2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri standartları üzrə sertifikatlaşdırma auditi keçirilmişdir. Təşkilatımız sertifikatlaşdırma auditini uğurla keçərək IAS akreditasiyalı beynəlxalq sertifikatlara layiq görulmuşdur.
Qeyd edək ki, iaşə sektorunda fəaliyyət göstərən şirkətin beynəlxalq ISO sertifikatlarına layiq görülməsi Azərbaycanda ilk dəfədir.
Xatırladaq ki, «Emsa Food» MMC Azərbaycanda «Dinehall», «Dineburger», «Dinebistro», «Dinemeat» və «Dinecatering» kimi tanınmış brendlərin sahibi və idarəçisidir.
ISO standartlarının tətbiqi «Emsa Food» MMC şirkətinin restoranlarında yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən xidmətin və buradakı təkmil idarəetmə sisteminin göstəricidir.
Belə ki, «ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə» standartı qida məhsullarında yarana biləcək bütün fiziki, kimyəvi, bioloji və digər təhlükələrin aradan qaldırıldığını və müştərilərə etibarlı qida məhsulları çatdırıldığını göstərir. «İstehsaldan istehlaka qədər olan bütün mərhələlərdə qida təhlükəsizliyini qoruyaraq təhlükəsiz qida hazırlayırıq»-deyə şirkət bəyan edib.
«ISO 9001:2015 Keyfiyyət İdarəetmə» sisteminin tətbiq edilməsi isə müəssisədə keyfiyyət anlayışının inkişafı, effektiv idarəetmə, işçilərin motivasiyasının artması, bütün fəaliyyətlərdə geniş izləmə və nəzarətin qurulması deməkdir. Bunun sayəsində müştəri şikayətlərinin azalması və məmnunluğunun artması təmin edilir.
«Müştərilərimizə keyfiyyətli və güvənilir dadlar təqdim etmək üçün beynəlxalq səviyyədə təsdiq olunmuş standartlarla çalışırıq»- deyə «Emsa Food» MMC-dən bildirilir.
Xatırladaq ki, «Emsa Food» MMC-nin «Dinehall», «Dineburger», «Dinebistro», «Dinemeat» və «Dinecatering» brendləri müştərilər, yerli istehlakçılar və xarici turistlər arasında məşhrudur.
«Dinehall»
Qeyd edək ki, «Dine» restoranlar şəbəkəsi 7 il əvvəl Gürcüstanda fəaliyyətə başlayıb. 2016-cı ildə Tiflis şəhərinin mərkəz prospekti Şota Rustavelidə ilk «Dinehall» restoranı açılıb. 2020-ci ildə Bakı şəhəri, «Dəniz Mall» ticarət mərkəzində «Dinehall» restoranının ikinci şöbəsi fəaliyyətə başlayıb və qısa müddətdə şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilib. Azərbaycan və türk mətbəxinin dünya mətbəxi ilə birləşdiyi «Dinehall» restoranı uşaqlı ailələr üçün xüsusi konsepti ilə də xidmət göstərir.
«Dinebistro»
2021-ci ildə şirkətin növbəti şəbəkə restoranı olan «Dinebistro» fəaliyyətə başlayıb. Paytaxtın ən gözəl məkanı sayılan Fəvvarələr meydanında, məşhur neft milyonçusu Ağa Musa Nağıyevin mülklərindən birində yerləşən «Dinebıstro» ekzotik yeməkləri və gözəl tərtibatı ilə məşhurlaşıb və turistlərin sevimli məkanı olmağı bacarıb.
«Dineburger»
2021-ci ildə «Dine» brendi «fast food» sektoruna daxil olub – «Gənclik Mall» ticarət mərkəzində «Dineburger» şəbəkəsinin ilk restoranı fəaliyyətə başlayıb. Tezliklə «Xalqlar dostluğu» m/s yaxınlığında, Azneft və Fəvvarələr meydanı səmtlərində «Cloud Kitchen» olaraq sayını artırdı. «Dineburger»in «restoran keyfiyyətində burger» kimi məşhur olan məhsulları təzə ət və məxsusi bişirilən çörəklə təqdim edilir.
«Bolt Food» ilə uğurlu fəaliyyəti şəbəkənin tanınmasına səbəb olub. Nəticədə «Bolt» şirkətinin Estoniyadakı mərkəzi ofisi Azərbaycanın «Dineburger» milli markasını uğurlu fəaliyyət nümunəsi elan edib.
«Dinemeat»
«Dine» restoranlarına alınan seçilmiş xüsusi növ steyk ətləri «dry age» soyuducularında «Dinemeat»ın mütəxəsisləri tərəfindən ferment edilir. Bu səbəbdən «Dine» steykləri restoran müştəriləri və «Dinemeat» alıcıları arasında məşhurdur.
«Dinecatering»
Şirkət iaşə sektorunda çoxsaylı restoranları ilə yanaşı, keytrinq xidməti də təklif edir. Müştərilərə keyfiyyətli və restoran ləzzətində keytrinq xidməti təklif edən «Dinecatering» qısa müddətdə sektorda layiqli yerini tutub.
İaşə sektorunda keyfiyyətcə yeni səviyyə
«Emsa Food» MMC tərəfindən beynəlxalq ISO sertifikatlarının tətbiqi, son illər sürətlə inkişaf edən iaşə sektorunun ciddi biznes sahəsinə çevrildiyini və keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini göstərir.