Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın yeni Ticarət Evi – «Azerbayijan Trade House» fəaliyyətə başlayır.
Bu barədə FED.az-a türk iş adamı, Azərbaycanda tanınmış biznes idarəçilərdən olan və «BİMAŞ» şirkətinin nümayəndəsi Turan Ozbahceci məlumat verib.
Azərbaycan ticarət evi Dubayda indiyə qədər də mövcud olub, amma indi o Dubayın məşhur otellərinən olan Dubay Tarine Hoteldə yeni konseptlə dizayn edilib və mayın 10-da açılışı həyat keçirilir.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) layihəsi olan Dubayda «Azərbaycan Ticarət Evi» - Azərbaycan mallarının nümayiş etdirildiyi və satıldığı mağaza və şou-rumdur.
Burada satışla yanaşı, kafe də var, eyni zamanda toplantı və B2B danışıqların keçirilməsi imkanı da yaradılıb.
«Buradakı mağazada Azərbaycan malları, kafedə isə Azərbaycandan gətiriən və ya orada hazırlanan Azərbaycan xörəkləri və içkiləri, o cümlədən çay təqdim ediləcək. Onları restoranda da yemək və ya paketləyib özünüzlə götürə bilərsiniz. »-deyə T.Ozbahceci bildirib.
Eyni zamanda ticarət evində “show room“ var və Azərbaycanla əməkdaşlıq etmək istəyzn iş adamları buradakı nümunələrlə tanış ola bilərlər.
Qeyd edək ki, Azərbaycanın xaricdəki Ticarət Evləri ilə bağlı ilk belə konsept 2020-ci ildə Qətərin Paytaxtı Dohada fəaliyyətə başlayıb.
Dubayda isə Ticarət evi əvvəlcədən olsa da, bu obyekt Duğbay Marine Hotelə köçürülərək yeni konseptdə dizayn edilib.
Turan Ozbahcecinin sözlərinə görə, yeni konseprtli Ticarət Evlərinin dünyanın 50 ölkəsində açılması və Azərbaycan məhsullarının həmin ölkələrin bazarlarına çıxarılması, təqdim edilməsi planlaşdırılır.
Onnu sözlətinə görə, Ticarət evləri «Bimaş qrup»un layihələrindən biridir.
«Bütün məhsul istehsalçılarını bizimlə əməkdaşlığa çağırırıq ki, onların məhsullarını «Trade House»lər vasitəsilə dönya bazarlarına çıxaraq»-deyə iş adamı bildirib.