2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 59 milyon 772 min dollar dəyərində 52 min 196 ton ilkin formalarda polietilen ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 627 min dollar və ya 1,1% artıb, miqdar ifadəsilə isə 2 min 958 ton, başqa sözlə 5,4% azalıb.
2024-cü ildə isə Azərbaycandan 59 milyon 144 min dollar dəyərində 55 min 154 ton polietilen ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 95 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 82 qəpik idi. Bu da illik müqayisədə 13 qəpik və ya 7,1% artım deməkdir.
Bu il ümumi ixracın 0,54%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 4,25%-i polietilenin payına düşüb.