2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 90 milyon 342 min dollar dəyərində 62 min 659 ton pambıq lifi ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon 937 min dollar və ya 9,9%, miqdar ifadəsilə isə 3 min 347 ton, başqa sözlə 5,1% azalıb.
2024-cü ildə isə Azərbaycandan 100 milyon 279 min dollar dəyərində 66 min 7 ton pambıq lifi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 45 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 2 manat 58 qəpik idi. Bu da illik müqayisədə 13 qəpik və ya 5% azalma deməkdir.
Bu il ümumi ixracın 0,82%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,42%-i pambıq lifinin payına düşüb.