Bu ilin yanvar ayında Azərbaycan xaricə 20,5 milyon ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 18,1 milyon ABŞ dolları və ya 8,5 dəfə kimi kəskin artımdır.
Ötən ilin yanvar ayında Azərbaycan cəmi 2,4 milyon ABŞ dolları dəyərində bu məhsuldan ixrac edib.












